Konfrans Liqasında gecənin nəticələri
UEFA Konfrans Liqası

Konfrans Liqasında gecənin nəticələri

  • 2021-12-10

Bu gün Konfrans Liqasında qrup mərhələsinin sonuncu (6-cı) turunun oyunları keçirilib.

Konfrans Liqasında "LASK", "Gent", "Roma", "Alkmaar", "Feyenoord", "Kopenhagen",  və "Bazel" 1/8 finala yüksəliblər. 

"Makkabi", "Partizan", "Bodo Qlimt", "Qarabağ", "Renders", "Slaviya", "PAOK"  " yollarına pley-off mərhələsində davam edəcəklər. 

1/8 finala və pley-off-a son vəsiqənin sahibi G qrupunun təxirə salınan "Tottenhem" - "Renn" görüşünün gerçəkləşməsindən sonra müəyyənləşəcək.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr

A qrupu

"Alaşkert" (Ermənistan) – "Makkabi" (Təl-Əviv, İsrail) - 1:1
Qollar: Bolyeviç, 78 – Almoq, 90.

"LASK" (Avstriya) – "HJK" (Finlandiya) - 3:0
Qollar: Baliç, 41. Nakamura, 63. Qruber, 81.

B qrupu

"Gent" (Belçika) – "Flora" (Estoniya) - 1:0
Qol: Bruno, 51.

"Partizan" (Serbiya) – "Anortosis" (Kipr) - 1:1
Qollar: Milovanoviç, 20 – Kristodulopulos, 33-pen.

C qrupu

"MOİK" (Sofiya, Bolqarıstan) – "Roma" (İtaliya) - 2:3
Qollar: Çatakoviç, 75. Vildşut, 90+3 – Abraham, 15; 53. Mayoral, 34.

"Zarya" (Ukrayna) – "Bodo Qlimt" (Norveç) - 1:1
Qollar: Nazarina, 18 – Vernidub, 68-öz qapısına.

D qrupu

"ÇFR" (Kluj, Rumıniya) – "Yablonets" (Çexiya) - 2:0
Qollar: Debeljuh, 45; 82.

"Alkmaar" (Niderland) – "Renders" (Danimarka) - 1:0
Qol: Ostinq, 87.


E qrupu

"Feyenoord" (Niderland) – "Makkabi" (Hayfa, İsrail) - 2:1
Qollar: Dessers, 38. Nelson, 65 – David, 90+1.

"Union Berlin" (Almaniya) – "Slaviya" (Praqa, Çexiya) - 1:1
Qollar: Kruse, 64 – Şçrans, 50.

F qrupu

"Kopenhagen" (Danimarka) – "Slovan" (Slovakiya) - 2:0
Qollar: Vind, 30. Hoylund, 53.

"PAOK" (Yunanıstan) – "Linkoln" (Cəbəllütariq) - 2:0
Qollar
: Jivkoviç, 17. Şvab, 55.

G qrupu

"Tottenhem" (İngiltərə) – "Renn" (Fransa) matçı təxirə salınıb

"Vitess" (Niderland) – "Mura" (Sloveniya) - 3:1
Qollar: Buytnik, 4. Openda, 35. Huysman, 40 – Marosa, 82.

H qrupu

"Bazel" (İsveçrə) – "Qarabağ" (Azərbaycan) - 3:0
Qollar: A.Kabral, 33; 74. P.Kasami, 62.

"Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan) - 0:0