"İtaliya ürəyimdə əbədi qalacaq"
- 2021-11-02
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta" ilə bugünkü səfər oyunu öncəsi fikirlərini bildirib.
O, özünün "İnstaqram" hesabında yazıb:
"Məni və ailəmi çox gözəl qarşılayan, ürəyimdə əbədi qalacaq heyrətamiz bir ölkə olan İtaliyaya qayıdıram. Təcrübəmdən bilirəm ki, Berqamoda "Atalanta" kimi komandaya qarşı oynamaq həmişə çətindir, lakin biz qrupumuzda birinci yeri saxlamaq üçün əlimizdən gələni edəcəyik. Bu, Çempionlar Liqasıdır və biz "Mançester Yunayted"ik. Davam edək, "qırmızı şeytanlar"".
Xatırladaq ki, Ronaldo yayda "Yuventus"dan "Mançester Yunayted"ə transfer olunub.