"ÇL"də 4-cü tur başlayır
- 2021-11-02
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.
İlk oyun günündə E, F, G və H qruplarında görüşlər keçiriləcək.
E qrupunda "Barselona" Kiyev "Dinamo"su, lider "Bavariya" isə "Benfika" ilə qarşılaşacaq. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.
F qrupunda"Mançester Yunayted" "Atalanta", "Vilyarreal" "Yanq Boyz"la üz-üzə gələcək.
G qrupunda "Volfsburq" "Zalsburq", "Sevilya" "Lill"lə qarşılaşacaq
H qrupunda "Malmö" "Çelsi"ni, "Yuventus" "Zenit"i qəbul edəcək. Turin klubu qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, 4-cü turun digər 8 oyunu sabah keçiriləcək.
2 noyabr
E qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya)
00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)
Xal durumu: "Bavariya" - 9, "Benfika" - 4, "Barselona" - 3, "Dinamo" - 1.
F qrupu
00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə)
00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 6, "Atalanta" - 4, "Vilyarreal" - 4, "Yanq Boyz" - 3.
G qrupu
21:45. "Volfsburq" (Almaniya) - "Zalsburq" (Avstriya)
00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa)
Xal durumu: "Zaltsburq" - 7, "Sevilya" - 3, "Lill" - 2, "Volfsburq" - 2.
H qrupu
21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə)
00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya)
Xal durumu: "Yuventus" - 9, "Çelsi" - 6, "Zenit" - 3, "Malmö" - 0.