Morata və Dibala "Çelsi" ilə oyunu buraxacaqlar
UEFA Çempionlar liqası

Morata və Dibala "Çelsi" ilə oyunu buraxacaqlar

  • 2021-09-27

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Çelsi" ilə qarşılaşacaq "Yuventus" görüşə ciddi itkilərlə çıxacaq.

Turin təmsilçisində Paulo Dibala və Alvaro Morata zədə səbəbindən bu oyunu buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O, futbolçuların oktyabrın 2-də A seriyasında "Torino" ilə matçda da iştirak etməyəcəyini deyib.

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək "Yuventus" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.