Jardimin yeni klubu müəyyənləşib
Transfer

Jardimin yeni klubu müəyyənləşib

  • 2021-05-30

"Monako"nun sabiq baş məşqçisi Leonardo Jardimin yeni iş yeri məlum olub.

46 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı çalışdıracaq. Portuqaliyalı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

"Əl Hilal" 2020-2021 mövsümündə sona bir tur qalmış ölkə çempionu adını qazanıb.

Qeyd edək ki, Jardim 2019-cu ildə Fransanın "Monako" klubundan ayrıldıqdan sonra işsiz idi.