Kazemiro "Mançester Yunayted"də - Rəsmi
Transfer

Kazemiro "Mançester Yunayted"də - Rəsmi

  • 2022-08-20

"Mançester Yunayted" braziliyalı yarımmüdafiəçi Kazemironun transferi üçün "Real"la razılığa gəlib.

Bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. Transfer Böyük Britaniya viza tələblərinin yerinə yetirilməsi və tibbi müayinədən sonra həyata keçiriləcək.

Qeyd edək ki, bu transferdən "Real" 60 milyon avro qazanacaq. Kluba daha 10 milyon avro isə bonus olaraq ödənilə bilər.