"PSJ"dən "Vest Hem"ə - Rəsmi
Transfer

"PSJ"dən "Vest Hem"ə - Rəsmi

  • 2022-08-18

"Vest Hem" "PSJ"nin futbolçusu Thilo Kehreri transfer edib.

Klubun saytına istinadən, 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, T.Kehrer yeni klubunda 24 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, alman oyunçu "PSJ"də ümumilikdə meydana çıxdığı 128 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.