Ronaldo "Atletiko"ya keçməyəcək
Transfer

Ronaldo "Atletiko"ya keçməyəcək

  • 2022-07-19

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "Atletiko"ya keçməyəcək.

Bu barədə "Marca" məlumat yayıb. Madrid klubu 37 yaşlı hücumçunun transferini iqtisadi cəhətdən qeyri-mümkün hesab edir. Onlar hazırda portuqaliyalı forvardın nə yüksək maaşını, nə də təzminat məbləğini ödəyəcək durumdadırlar.

Qeyd olunur ki, Ronaldonun "Atletiko"ya mümkün keçidi ilə bağlı şayiələri onun ətrafı və meneceri Xorxe Mendeş yayır və klub özü də bu fikri dərhal rədd edib.

Əlavə edək ki, Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.