Özilin yeni klubu rəsmiləşdi
Transfer

Özilin yeni klubu rəsmiləşdi

  • 2022-07-14

"Fənərbaxça"dan ayrılan Məsut Özilin "Başakşəhər"ə keçidi rəsmiləşib.

Klub türk əsilli alman yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçu üçün sabah imzalanma mərasimi təşkil olunacağı vurğulanıb.

Qeyd edək ki, Özil 2021-ci ilin yanvarından "Fənərbaxça"da oynayırdı.