Sterlinq "Çelsi"də - Rəsmi
Transfer

Sterlinq "Çelsi"də - Rəsmi

  • 2022-07-14

İngiltərə millisinin futbolçusu Rahim Sterlinqin "Çelsi"yə keçidi rəsmiləşib.

Klubun saytına istinadən, 27 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanlıb. Bu transfer üçün London təmsilçisinin oyunçunun sabiq klubu "Mançester Siti"yə nə qədər təzminat ödədiyi açıqlanmayıb.

Qeyd edək ki, Sterlinq 2015-ci ildən "Mançester Siti"də oynayırdı.