Ozan Tufan İngiltərə klubunda
Transfer

Ozan Tufan İngiltərə klubunda

  • 2022-06-27

"Fənərbaxça"nın futbolçusu Ozan Tufan karyerasını "Hall Siti"də davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib.

Ozan yaxın zamanda İngiltərəyə gedəcək. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.