"Arsenal" yarımmüdafiəçi ilə razılaşdı - Rəsmi
Transfer

"Arsenal" yarımmüdafiəçi ilə razılaşdı - Rəsmi

  • 2022-06-18

"Arsenal" sıralarına yeni futbolçu qatıb. 

London klubu "Portu"dan Fabio Vyera ilə razılığa gəlib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub qarşı tərəflə prinsipial anlaşma əldə etdiklərini bildirib. 

"Portu" 22 yaşlı futbolçu üçün 40 milyon avro alacağını açıqlayıb. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.

Qeyd edək ki, ötən mövsüm yarımmüdafiəçi Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 qolun ötürməsini verib.