Rüdiger "Real"da - Rəsmi
Transfer

Rüdiger "Real"da - Rəsmi

  • 2022-06-03

"Çelsi" futbolçusu Antonio Rüdigerin "Real"a transfer olunduğunu açıqlayıb.

Bu barədə London təmsilçisinin saytı məlumat yayıb. Alman müdafiəçinin "Çelsi" ilə müqaviləsi bu ayın sonu başa çatacağı üçün o, "Real"a pulsuz transfer olunub.

Madrid təmsilçisi də bu transferi rəsmi saytı vasitəsi ilə açıqlayıb. 29 yaşlı oyunçu ilə iyunun 20-i müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, A.Rüdiger 2017-ci ildən "Çelsi"də oynayırdı.