"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmiləşdi
Transfer

"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmiləşdi

  • 2022-06-03

"Fənərbaxça"nın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

Klubun saytına istinadən, Jorje Jesus İstanbul təmsilçisinin yeni baş məşqçisi təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, J.Jesus yeni klubunda bir mövsümə 3 milyon avro maaş alacaq.

Xatırladaq ki, 67 yaşlı mütəxəssisin son klubu 2020/21 mövsümündə "Benfika" olub.