"Liverpul" Dibala ilə danışıqlara başladı
Transfer

"Liverpul" Dibala ilə danışıqlara başladı

  • 2022-01-26

"Liverpul" "Yuventus"un futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir. 

"Mersisaydlılar" 28 yaşlı hücumçu ilə danışıqlara başlayıb.

Argentinalının İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Turinlilər onunla anlaşmanı uzatmaq istəsə də, tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyib.

Qeyd edək ki, Dibala bu mövsüm 23 matçda 11 qol vurub.