"Uotford"un yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Transfer

"Uotford"un yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi

  • 2022-01-26

İngiltərə millisinin sabiq baş məşqçisi Roy Hocsonun yeni iş yeri məlum olub.

74 yaşlı mütəxəssis "Uotford"u çalışdıracaq. Bu barədə İngiıtərə klubunun rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Hocson İngiltərə millisindən başqa, "Liverpul", "Fulhem" və "İnter" kimi klubları da çalışdırıb. "Uotford" hazırda Premyer Liqada 19-cu pillədə qərarlaşıb.