"Sevilya"dan yeni transfer - Rəsmi
Transfer

"Sevilya"dan yeni transfer - Rəsmi

  • 2022-01-26

"Mançester Yunayted" hücumçusu Antonio Marsyalı icarəyə verib.

Fransalı futbolçu "Sevilya"ya keçib. La Liqa klubunun rəsmi saytı Marsyalla mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2015-ci ildə "Monako"dan "Mançester Yunayted"ə keçib. Onun klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.