Marsyal karyerasını İspaniyada davam etdirə bilər
Transfer

Marsyal karyerasını İspaniyada davam etdirə bilər

  • 2022-01-25

"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. 

Bu brədə jurnalist Fabrizio Romano məlumat yayıb. 26 yaşlı hücumçu "Sevilya"ya keçəcək. Klublar fransalı oyunçunun icarəsi üçün razılığa gəliblər. 

Xəbərdə o da bildirilib ki, Marsyal bu gün ərzində İspaniyaya yola düşəcək. 

Qeyd edək ki, Marsyal bu mövsüm 8 matçda 1 qol vurub.