Cerrard Premyer Liqada
Transfer

Cerrard Premyer Liqada

  • 2021-11-10

"Reyncers"in baş məşqçisi Stiven Cerrard Premyer Liqada işləməyə hazırlaşır.

Bu barədə "The Guardian" məlumat yayıb. 41 yaşlı mütəxəssisin "Aston Villa" ilə razılığa gəldiyi bildirilib. Cerrard bu həftədən etibarən klubu çalışdırmağa başlayacaq. "Aston Villa" və "Reyncers" isə təzminat məsələsində anlaşmağa yaxındırlar. 

Qeyd edək ki, "Aston Villa"nın son baş məşqçisi Din Smit olub. O, 3 gün əvvəl vəzifəsindən kənarlaşdırılıb. 

Xatırladaq ki, Cerrardın "Reyncers"lə sözləşməsi 2024-cü ilə qədərdir.