"Ümid edirəm ki, keçmiş günlərdəki "Barselona"nı yenidən görərik"
Transfer

"Ümid edirəm ki, keçmiş günlərdəki "Barselona"nı yenidən görərik"

  • 2021-11-10

"Barselona"nın keçmiş futbolçusu Andres İnyesta sabiq komanda yoldaşı Xavi Ernandesin Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasına münasibət bildirib.

O, İnstaqram hesabında etdiyi paylaşımda Xaviyə uğurlar arzulayıb:

"Nə gözəl bir gün. Sənin adına çox sevindim, dostum Xavi. Sənə uğurlar arzu edirəm. Ümid edirəm ki, keçmiş günlərdəki "Barselona"nı yenidən görərik".

Qeyd edək ki, həm İnyesta, həm də Xavi "Barselona"nın yetirməsidir. Onlar 13 il (2002-2015) birlikdə çıxış ediblər.