"PSJ"nin Benzema planı
Transfer

"PSJ"nin Benzema planı

  • 2021-11-09

"PSJ" "Real"ın futbolçusu Kərim Benzemanı heyətinə qatmağı planlaşdırır. 

Bu barədə "El Nacional" məlumat yayıb. 33 yaşlı hücumçu "Real"la yeni müqavilə üçün danışıqlara aparmayıb. "PSJ" isə bundan yararlanaraq Benzemanı transfer etmək istəyir. Fransalı oyunçu özü də Paris klubuna keçməkdə maraqlıdır. 

Qeyd edək ki, Benzemanın "Real"la hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.