Zidanın adı "qırmızı şeytanlar"la hallanır
Transfer

Zidanın adı "qırmızı şeytanlar"la hallanır

  • 2021-11-08

“Mançester Yunayted” Ole Qunnar Sulşerin istefaya göndəriləcəyi təqdirdə baş məşqçi vəzifəsinə namizədləri müəyyənləşdirib.

Siyahıya Zinəddin Zidan başçılıq edir.

Rəhbərlik Sulşeri dəstəkləsə də, vəziyyət dəyişməyəcəyi təqdirdə, onunla yollar ayrılacaq. Fransalı mütəxəssis ölkəsinin yığmasında çalışmaq istəsə də, “mankunianlar”ın təklifini də dəyərləndirə bilər.

Zidanla danışıq müsbət nəticələnməsə, Premyer Liqa klubu “Lester”in baş məşqçisi Brendan Rocersə təklif göndərəcək.