"Barselona"da yeni dövr başlayır
Transfer

"Barselona"da yeni dövr başlayır

  • 2021-11-08

"Barselona" yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

41 yaşlı mütəxəssisin təqdimat mərasimi "Nou Kamp" stadionunda keçirilib.

Tədbirdə klub prezidenti Joan Laporta 25 min azarkeş və komandanın bir çox keçmiş futbolçusu iştirak edib. 

Qeyd edək ki, "Barselona" klubun canlı əfsanəsi olan Xavi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.