"Yuventus"da yeni müqavilə
Transfer

"Yuventus"da yeni müqavilə

  • 2021-11-08

"Yuventus" futbolçusu Xuan Kuadrado ilə müqaviləni yeniləməyə hazırlaşır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub yarımmüdafiəçi ilə razılığa gəlib. Buna görə də 33 yaşlı oyunçu ilə 2024-cü ilin yayınadək yeni müqavilə imzalanacaq. Onun hazırkı sözləşməsinin müddəti isə bu mövsümün sonuna qədərdir. .

Qeyd edək ki, Xuan Kuadrado ötən mövsüm “Yuventus”un heyətində 40 oyun keçirib, 2 qol vurub.