"Qalatasaray"da yeni müqavilə
- 2021-11-02
"Qalatasaray" futbolçusu Taylan Antalyalı ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən oyunçu İstanbul klubuna 2019-cu ildə "Erzurumspor"dan keçib.