Qattuzo istefa verdi
Transfer

Qattuzo istefa verdi

  • 2021-06-17

Cennaro Qattuzo "Fiorentina"ın baş məşqçisi vəzifəsindən ayrılıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

İtaliyalı mətbuatı yazıb ki, mütəxəssislə klubun sahibi  Rokko Kommiso  və idman direktoru Cankarlo Antonyoni arasında anlaşılmazlıq olub. Qattuzo komandanın heyətini gücləndirilməsini istəyib. Ancaq bəzi futbolçularla bağlı razılığa gəlmək mümkün olmayıb.

Qeyd edək ki, Qattuzo mayın 25-i "Fiorentina"nın baş məşqçisi təyin olunmuşdu.