Ançelotti Ronaldonun "Real"a qayıtmasını istəyir
Transfer

Ançelotti Ronaldonun "Real"a qayıtmasını istəyir

  • 2021-08-17

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun Madrid klubuna qayıtmasını istəyir.

"El Chiringuito"ya əsasən, italiyalı mütəxəssis portuqaliyalı oyunçunun mümkün qayıdışını müzakirə etmək üçün onun ətrafı ilə əlaqə saxlayıb.

Bildirilib ki, Ronaldonu geri qaytarmaq fikri təkcə Ançelotti deyil, həm də "Real"ın oyunçularının əksəriyyəti tərəfindən dəstəklənir. Ancaq "kral klubu"nun prezidenti Florentino Peres "PSJ"dən Kilian Mbappenin transferinə üstünlük verir. Fransalı oyunçunun keçidi uğursuz olarsa, çox güman ki, Peres Ronaldonu geri qaytarmağı düşünəcək.

Qeyd edək ki, Ançelotti "Real"da işləyərkən 2013/2014 mövsümündə Ronaldo ilə birlikdə Çempionlar Liqasının qalibi olub.