Lautaro Martines qalır
Transfer

Lautaro Martines qalır

  • 2021-08-17

"İnter"in futbolçusu Lautaro Martines gələcəyi ilə bağlı qərar verib.

"FC Inter News"a əsasən, argentinalı hücumçu Avropa klublarının onunla maraqlanmasına baxmayaraq, İtaliya təmsilçisində qalmaq istəyir.

Məlumatı oyunçunun agenti Alexandro Kamano təsdiqləyib. O bildirib ki, bununla bağlı klub rəhbərliyi ilə görüşəcək: Lautaro "İnter"də qalmaq istəyir. Klubun uğuruna inanır və yenidən İtaliya çempionluğunu qazanmaq istəyir.

"İnter" rəhbərliyi ilə görüşün çərşənbə günü keçirilməsi planlaşdırılır. Komandada qalmaq üçün əlimizdən gələni edəcəyik. Martines Milanı çox sevir, futbolçular və məşqçilərlə əla münasibətləri var. Hamımız kimi "İnter"in də çox şey qazana biləcəyinə inanır.

Lautaro pulu yox, futbolu düşünür.