Şkrtelin yeni klubu müəyyənləşdi - Rəsmi
Transfer

Şkrtelin yeni klubu müəyyənləşdi - Rəsmi

  • 2021-08-17

“Liverpul”un və Slovakiya milli komandasının sabiq futbolçusu Martin Şkrtelin yeni klubu məlum olub.

36 yaşlı müdafiəçi ölkəsinin "Spartak" klubuna keçib. Bu barədə Trnava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şkrtellə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, karyerası ərzində İngiltərədə “Liverpul”, Rusiyada “Zenit”, İtaliyada “Atalanta”, Türkiyədə “Fənərbaxça” və “Başakşəhər” kimi klublarda çıxış edən futbolçu Slovakiya yığmasında 104 oyuna çıxıb.