"İnter"dən yeni transfer - Rəsmi
Transfer

"İnter"dən yeni transfer - Rəsmi

  • 2021-08-15

"İnter" heyətinə yeni futbolçu qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi "PSV"dən Denzel Damfrisi transfer edib. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Damfris 2018-ci ildən "PSV"də çıxış edirdi.