"Roma" axtardığı hücümçunu "Çelsi"də tapdı
Transfer

"Roma" axtardığı hücümçunu "Çelsi"də tapdı

  • 2021-08-10

"Çelsi"nin futbolçusu Tommi Abraham karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Bu barədə jurnaalist Canluka di Marzio məlumat yayıb. 23 yaşlı hücumçu "Roma"ya keçməyə hazırlaşır. Tərəflər artıq bu transfer üçün razılıq əldə ediblər.

Xəbərdə o da bildirilir ki, Abrahamın “Roma”ya birdəfəlik transfer olunacağı və ya satınalma hüququ ilə icarəyə göndəriləcəyi hələlik dəqiqləşməyib. Hər iki klub hazırda ingiltərəli oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, Abrahamla "Arsenal" və "Atalanta" da yaxından maraqlanırdı.