"Dünya çempionatına ilk dəfəki kimi həvəslə gedirəm"
Milli komandalar

"Dünya çempionatına ilk dəfəki kimi həvəslə gedirəm"

  • 2022-04-01

Portuqaliya millisini kapitanı Kriştiano Ronaldo komandasının DÇ-2022-yə vəsiqə qazanması haqda fikirlərini bölüşüb.

37 yaşlı hücumçu bu barədə İnstaqram hesabında yazıb: "Hədəfinizə çatmağın bir çox yolu var. Bəzən yol istədiyiniz qədər düz olmaya bilər, amma ən əsası oraya çatmaqdır.

Mən Portuqaliya ilə 5-ci dünya çempionatına və 12-ci böyük turnirimə ilk dəfə olduğu kimi eyni həvəslə, lakin daha güclü ambisiya ilə gedirəm. Mənim istəyim hamımızın istəyini təmin etməkdir: qalib gəlmək arzusu! Biz daha çox istəyirik! Bizim üçün, Portuqaliya üçün".