Oyunun ən yaxşısı David Alaba
Milli komandalar

Oyunun ən yaxşısı David Alaba

  • 2021-06-13

Avro-2020-nin D qrupunda keçirilən Avstriya – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın rəsmi saytına əsasən, Avstriya yığmasının kapitanı David Alaba bu görüşün ən yaxşısı seçilib. Təcrübəli müdafiəçi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, oyun Avstriyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.