Mövsümün futbolçusu adına namizədlər açıqlandı
İngiltərə premyer liqası

Mövsümün futbolçusu adına namizədlər açıqlandı

  • 2022-05-14

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

Turnirin rəsmi saytına istinadən, ən yaxşı adına 8 namizəd var.

Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Cerrod Bouen ("Vest Hem"), Joao Kanselo, Kevin de Breyne (hər ikisi "Mançester Siti"), Bukayo Saka ("Arsenal"), Son Xın Min ("Tottenhem") və Ceyms Uord-Prouzdur ("Sauthempton").

Qeyd edək ki, mövsümün oyunçusu azarkeşlər, futbol mütəxəssislərinin və 20 kapitan arasında səsvermənin yekununda müəyyənləşəcək.