İngiltərə premyer liqası

"Çelsi" yenə "Tottenhem"ə qalib gəldi - Video

  • 2022-01-24

"Çelsi" İngiltərə Premyer Liqasında 23-cü tur oyununa çıxıb.

Komanda "Tottenhem"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Çelsi" - "Tottenhem" - 2:0
Qollar:
 Zieş, 47, Tiaqo Silva, 55

Bu qələbə ilə xalını 47-ə çatdıran "Çelsi" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Tottenhem" isə 36 xalla 7-cidir. Siyahıya 57 xalla "Mançester Siti" başçılıq edir, "Liverpul" 48 xalla 2-cidir.