"100 xəbərdən yalnız 5-i doğru idi"
Digər

"100 xəbərdən yalnız 5-i doğru idi"

  • 2022-08-17

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo medianı özü haqqında yalan danışmaqda ittiham edib. 

Portuqaliyalı hücumçu bu barədə "İnstaqram"dakı fanat hesabında transfer xəbəri ilə bağlı paylaşıma münasibət bildirərkən yazıb: "Bir neçə həftədən sonra müsahibə verəndə həqiqəti biləcəklər. Media yalan danışır.  Onların son bir neçə ayda yazdıqları 100 xəbərdən yalnız 5-i doğru idi. Təsəvvür edin, bu necədir".

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.