Qrinvudun həbs müddəti uzadıldı
Digər

Qrinvudun həbs müddəti uzadıldı

  • 2022-06-26

"Mançester Yunayted"in sevgilisinə şiddət göstərməkdə şübhəli bilinən futbolçusu Meyson Qrinvudun şərti həbs müddəti uzadılıb.

Bu barədə "BBC" məlumat yayıb. İşlə bağlı növbəti iclasdan sonra məhkəmə onun şərti həbs müddətini uzadıb. Böyük Mançester Polisi, oyunçuya qarşı ittiham irəli sürülməyincə və ya sərbəst buraxılana qədər Qrinvudun işi ilə bağlı əlavə məlumatların gəlməyəcəyini bildirib.

Qeyd edə ki, Qrinvudun keçmiş sevgilisinə zorakılıq etdiyini bildirən bir sıra fotoşəkillər sosial mediada yayıldıqdan sonra 20 yaşlı gənc yanvar ayında evində saxlanılıb.