"PSJ-dən ayrılmaq istəyirdim"
Digər

"PSJ-dən ayrılmaq istəyirdim"

  • 2022-01-27

"PSJ"nin futbolçusu Neymar ötən yay klubundan ayrılaraq "Barselona"ya qayıtmaq istədiyini açıqlayıb. 

"Mundo Deportivo"ya istinadən, 28 yaşlı hücumçu "Netflix" şirkətinin lentə aldığı sənədli filmdə deyib: 

"PSJ-dən ayrılmaq qərarına gəlmişdim. Bu, kluba, azarkeşlərə görə deyildi. Özümü daha yaxşı hiss etməyim üçün belə bir qərar vermişdim". 

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya təmsilçisindən Paris klubuna keçib.