"Barselona"da Qvardiola sürprizi
Digər

"Barselona"da Qvardiola sürprizi

  • 2021-11-10

"Barselona"nın baş məşqçi Xavi Ernandeslə müqavilə imzaladığı mərasimə sürpriz qonaq dəvət olunub. 

Tədbirdə Kataloniya klubunun sabiq çalışdırıcısı, hazırda "Mançester Siti"yə baş məşqçilik edən Xosep Qvardiola qatılıb. 50 yaşlı mütəxəssisin klub prezidenti Joan Laporta ilə birgə görüntüləri də yayılıb. 

Həmçinin mərasimdə 10 mindən çox azarkeş iştirak edib. 

Qeyd edək ki, Xavi 1998-2014-cü illərdə "Barselona"da oynayıb. Qvardiola isə 2008-2012-ci illərdə bu komandaya baş məşqçilik edib.