"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu qətl törədib
Digər

"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu qətl törədib

  • 2021-09-27

"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sezer Öztürk qətl törədib.

Türkiyə mətbuatına istinadən, hadisə 19 sentyabr tarixindən baş verib. Keçmiş futbolçu maşınına yol verməyən sürcü ilə mübahisə edib.

Daha sonra o silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Nəticədə Halil İbrahim adlı vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Sezer Öztürk dərhal hadisə yerindən uzaqlaşsa da, polislər onu yaxalayıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Almaniyada "Bayer" və "Nürnberq" klublarında da çıxış edən Öztürk Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında da oynayıb.