Mourinyo jurnalistlərlə mübahisə etdi
Digər

Mourinyo jurnalistlərlə mübahisə etdi

  • 2021-09-27

"Roma"nın baş məşqçisi Joze Mourinyo jurnalistlərlə mübahisə edib. 

Hadisə A seriyasının 6-cı turunda "Latsio" ilə matçdan sonra təşkil olunan mətbuat konfransında yaşanıb. 58 yaşlı mütəxəssis konfransda jurnalistlərlə mübahisə edib. Daha sonra o, məkanı tərk edib. Lakin mübahisənin hansı səbəbdən yarandığı məlum deyil. 

Qeyd edək ki, sözügedən oyun "Latsio"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.