Ronaldodan gələcəyi ilə bağlı açıqlama
Digər

Ronaldodan gələcəyi ilə bağlı açıqlama

  • 2021-06-14

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı danışıb.

36 yaşlı hücumçu "Marca"ya açıqlamasında Turin təmsilçisindən ayrılacağı ilə bağlı yayılan məlumatların onu narahat etmədiyini deyib:

“18 ildir ən yüksək səviyyədə oynayıram. Bu söhbətlər məni narahat etmir. Nə olursa olsun, ən yaxşısı  olacaq.

Qalmaq, ya da ayrılmaq indi ən vacib şey deyil. Hazırda bütün diqqətimi millidə oynamağa yönəltmişəm".