Türkiyə millisi çox güclüdür
Digər

Türkiyə millisi çox güclüdür

  • 2021-06-11

“Bura böyük coşğu ilə gəlmişik. Türkiyə ilə oyun asan olmayacaq. Hamımız bir-birimizi tanıyırıq. Çətin olacaq, ancaq qalib gəlməyə hazırıq".

Bu sözləri İtaliya millisinin kapitanı Corcio Kyellini UEFA-nın saytına açıqlamasında deyib.

"Avro-2020"nin açılış matçında bu gün Türkiyə ilə qarşılaşacaqları görüş haqda danışan 37 yaşlı müdafiəçi rəqibin güclü olduğunu bildirib: "Türkiyə millisi çox güclüdür. Heyətlərindəki bir neçə oyunçunu A seriyasından tanıyırıq. Bizə zərər verə biləcək təhlükəli cəhətləri var. Meydana xüsusi motivasiya ilə çıxa və yaxşı performans sərgiləyə bilirlər”.

Qeyd edək ki, bu gün Romada keçiriləcək İtaliya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.