"PSJ" kubokda mübarizəni dayandırdı
Avropa liqaları

"PSJ" kubokda mübarizəni dayandırdı

  • 2022-02-01

Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə bir qarşılaşma keçirilib. Liqa 1-in lideri "PSJ" kubokda "Nitsa" ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (6:5) "Nitsa" mərhələ adlayıb.
 
Qeyd edək ki, daha öncə "Nant", "Amyen", "Versal", "Bastiya", "Olimpik" (Marsel), "Berjerak" və "Monako" da 1/4 finala vəsiqə qazanmışdı.