"Milan" evində "Yuventus"la heç-heçə etdi
Avropa liqaları

"Milan" evində "Yuventus"la heç-heçə etdi

  • 2022-01-24

İtaliya A seriyasında 23-cü turun mərkəzi oyunu keçirilib.

"Milan" "Yuventus"u qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

"Milan" - "Yuventus" - 0:0

"Milan" turnir cədvəlində 49 xalla 3-cü, "Yuventus" 42 xalla 5-cidir. Siyahıya 53 xalla "İnter" başçılıq edir.