Eriksen futbola qayıdacaq?
Avropa liqaları

Eriksen futbola qayıdacaq?

  • 2021-11-12

"İnter"in yarımmüdafiəçisi Kristian Eriksen qarşıdakı mövsümdən karyerasını bərpa edəcək.

"La Gazzetta dello Sport"a istinadən, hazırda futbolçu Danimarkada bərpa prosesini keçir. O, 2022/23 mövsümündə meydanlara qayıtmağı planlaşdırır. Eriksen 2022-ci ilin əvvəlində yükləmələri artırmaq niyyətindədir.

Xatırladaq ki,  Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.