"Fənərbaxça"da ciddi itki
- 2021-10-31
"Fənərbaxça" ciddi itkiylə üzləşib.
İstanbul təmsilçisinin futbolçusu Altay Bayındır zədələnib. O, Super Liqanın 11-ci turunun "Konyaspor"la matçında sıradan çıxıb. 23 yaşlı qapıçı azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" "Konyaspor"a 1:2 hesabıyla uduzub.