Messi məşqlərə başladı
Avropa liqaları

Messi məşqlərə başladı

  • 2021-09-27

"PSJ"nin futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Siti" ilə matçda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "PSJ" - "Mançester Siti" görüşü sabah keçiriləcək.

Xatırladaq ki, Messi zədə səbəbindən bir neçə oyunu buraxmışdı.